NATO Türkiyədən narazıdır

NATO Türkiyədən narazıdır

Baxış sayı: 8. 916 dəfə baxılıb.

NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması alyansda böyük narahatlıq doğurur.

ÇıxışYolu.Com-ın xəbərinə görə, onun sözlərini Breaking Defence nəşri sitat gətirir.

Petr Pavel hesab edir ki, S-400 kompleksləri NATO texnologiyaları ilə uyğunlaşmır:

“Bu səbəbdən Rusiya zenit-raket kompleksləri alyansın ümumi hava hücumundan müdafiə sisteminə inteqrasiya edilməyərək ayrıca istifadə olunacaq”.

O həmçinin qeyd edib ki, əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturu barədə məlumatların Rusiya sistemlərində saxlanılmasıdır.

Petr Pavelin fikrincə, bu məlumatlar Rusiya rəhbərliyinə ötürülə bilər.

www.ÇıxışYolu.Com