657e83ac-6009-44ae-99bb-137c8eb9959b..jpg

NATO xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yaydı

Baxış sayı: 2. 534 dəfə baxılıb.

NATO xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına
dair məlumat yaydı

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer
Kolomina bu həftə Cənubi Qafqaza səfər edərək Ermənistan və Azərbaycanda olub.

Bu barədə NATO-nun səfərin yekunlarına dair məlumatında bildirilib.

Məlumata görə, səfər “cənab Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş
ölkəsində müntəzəm siyasi məsləhətləşmələrinin bir hissəsi” olub.

Bildirlib ki, Kolomina Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov və
digər rəsmi şəxslərlə görüşüb. O, NATO-nun Azərbaycanla əməkdaşlığını və
ölkəmizin Avro-Atlantik təhlükəsizliyə töhfələrini müzakirə edib.

“Cənab Kolomina həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Laçın
dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparıb. O, danışıqların bərpası
və normallaşma istiqamətində işin vacibliyini vurğulayıb. Kolomina Avropa
İttifaqının regional sabitliyə verdiyi dəstəyi də alqışlayıb” , – alyansın
məlumatında qeyd olunub.

Mənbə: nato.int

Source link