Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.
Müdafiə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.
Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.
Təlimdə müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.
Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.
Təlim mayın 25-dək davam edəcək.