Naxçıvan DİN-dən ƏMƏLİYYAT: Saxta dollar gətirən dəstə ƏLƏ KEÇDİ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə
yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının
alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində
ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən dəstə
zərərsizləşdirilib.
Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 saxta ABŞ dolları
götürülərək istintaqa təqdim edilib.
Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam
etdirilir.