Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin
bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki
mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı
Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan
atəşə tutub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri
görülüb.
Xatırladaq ki, sentyabrın 26-da da saat 16:10 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar
Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində
yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.
tutuldu: Cavab tədbirləri görüldü
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu: Cavab tədbirləri
görüldü