Naxçıvan MR 2024-cü il büdcəsi haqqında qanun layihəsi Ali Məclisə təqdim
olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında qanun layihəsi
Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub.
Cixisyolu.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarına
əsasən, Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri
173 105 000 manat, xərcləri 516 365 000 manat, gəlir və xərcləri tənzimləmək
üçün ayrılan dotasiya 343 260 000 manat (o cümlədən, mərkəzləşdirilmiş
gəlirləri 110 474 000 manat, yerli gəlirləri 62 631 000 manat,
mərkəzləşdirilmiş xərcləri 464 440 000 manat, yerli xərcləri 51 925 000 manat)
məbləğində təsdiq edilib.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər
62 781 000 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid
olan məbləğ 150 000 manat, yerli xərclər 51 925 000 manat, gəlirlərin yerli
xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin
məbləği 19 377 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün
mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8
671 000 manat məbləğində təsdiq edilib.
Qeyd edək ki, builki büdcə layihəsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin apardığı islahatlar
fonunda müəyyən edilmiş prinsiplər əsasında hazırlanmışdır. Burada maliyyə
şəffaflığı əsas prioritet kimi diqqətdə saxlanılmışdır.