Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə
general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi
keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində
hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs
video-konfrans vasitəsilə qatılıb.
Məhkəmədə şahidlər dindirilib.
Proses yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin
İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Keçmiş rəis
külli miqdarda rüşvət almaqda ittiham edilir.