df4a2595-02cc-42f8-8431-04bb969ad3a8..jpg

Naxçıvan polisi tərəfindən son bir ayda 67 nəfər saxlanıldı

Baxış sayı: 512 dəfə baxılıb.

Naxçıvan polisi tərəfindən son bir ayda 67 nəfər saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan polisi tərəfindən son bir ayda keçirilən əməliyyatlar zamanı
ümumilikdə 67 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər
Nazirliyinin (DİN) vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına
əsasən muxtar respublika sakinləri altı ədəd odlu silah, dörd ədəd avtomat
darağı, 262 ədəd müxtəlif çaplı sursat, bir ədəd optik snayper nişangahı, iki
ədəd qaz tapançasını təhvil veriblər.

Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz
olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, bir ədəd avtomat xəzinəsi və
iki ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin
şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək
götürülüb.

Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul,
qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları,
iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində
qanunsuz yollarla aksiz markası olmayan tütün məhsullarının, güclü təsirə malik
dərman vasitələrinin və saxta dollarların satışı ilə məşğul olan şəxslər
saxlanılaraq istintaqı davam etdirilir.

Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri
nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb.

Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.
Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.

Source link