880cba5a-ff44-40dd-8cbd-6292856497d2..jpg

Naxçıvan Prokurorluğunda kadr dəyişikliyi olub

Baxış sayı: 875 dəfə baxılıb.

Naxçıvan Prokurorluğunda kadr dəyişikliyi olub

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar
Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi
Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa
nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə
müstəntiqi vəzifəsinə təyin olunub. Valeh Qasımov bu təyinata qədər Muxtar
Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti
vəzifəsində çalışıb.

Source link