a3f1e61f-fe57-4ffa-80f8-a85206c3bb5c..jpg

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib – FOTO

Baxış sayı: 720 dəfə baxılıb.

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib – FOTO

Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin
qarşısında magistral su xəttində qəza baş verib.

“Report”un məlumatına görə, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz
olmasıdır.

Nəticədə şəhərin Xətai və bir sıra məhəllələrinə suyun verilişi dayandırılıb.
Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək
təmir işlərinə başlayıblar. Hazırda təmir işləri davam etdirilir və bir neçə
saata qeyd olunan ərazilərə suyun verilişi tam bərpa ediləcək.

Qeyd edək, bir neçə il əvvəl şəhər su və kanalizasiya sistemlərinin çəkilişi
aparılarkən bir sıra hallarda texniki normalar gözlənilmədiyindən tez-tez
magistral xətlərdə qəzalar baş verir. Bu hallar isə magistral yolların sıradan
çıxmasına və su verilişində saatlarla fasilələrin yaranmasına gətirib çıxarır.

Source link