251ceb10-47f2-4ca0-bc5c-c132b229190d..jpg

Naxçıvan sakininin yanlış diaqnoz nəticəsində ölməsi ilə bağlı cinayət işi başlandı

Baxış sayı: 765 dəfə baxılıb.

Naxçıvan sakininin yanlış diaqnoz nəticəsində ölməsi ilə bağlı cinayət işi
başlandı

“Naxçıvan Muxtar Respublikası Xəstəxanası” Publik Hüquqi Şəxsin Kardioloji
mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin
ölməsi ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı toplanmış
sübutlara əsasən, Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin
həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın
müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş
patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində
onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Naxçıvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci
(səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Source link