240f2721-771b-4c60-8c21-9e2db6ab7e17..jpg

Naxçıvan sakinlərinə mənzillərlə bağlı XOŞ XƏBƏR

Baxış sayı: 488 dəfə baxılıb.

Naxçıvan sakinlərinə mənzillərlə bağlı XOŞ XƏBƏR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasının
Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının
araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair
tələbatın öyrənilməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq MİDA-nın Mətbuat Xidmətindən
məlumat verilib.

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan
“Əhalinin mənzil alışına əlçatanlığının yaxşılaşdırılması” tədbiri ilə bağlı
icraçı qurumlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir.

Bununla əlaqədar olaraq agentlik tərəfindən Naxçıvan şəhərində güzəştli
mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək
ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsinə başlanılıb”, – deyə
MİDA-dan bildirilib.

Source link