789085b6-7d50-4f9c-a9fc-23122ecedad1..jpg

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir

Baxış sayı: 575 dəfə baxılıb.

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yeganə regional sığorta şirkəti – “Naxçıvan Sığorta” ASC – bazarı
tərk etməyə hazırlaşır.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, “Naxçıvan Sığorta”nın yeganə səhmdarı “Naxçıvan Bank” ASC-nin
qərarına uyğun olaraq, şirkətin Direktorlar Şurası lisenziyanın ləğv edilməsi
ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bununla bağlı tənzimləyici
qurumun qərarı gözlənilir.

Bundan sonra “Naxçıvan Sığorta”nın öhdəliklərini “Atəşgah Sığorta” ASC icra
edəcək.

Source link