2bb098be-3457-4f01-81e8-cf5982c4ac44..jpg

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib – FOTO

Baxış sayı: 558 dəfə baxılıb.

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib – FOTO

Naxçıvan Voleybol Federasiyasına yeni sədr seçilib

“Report”un yerli bürosu verir ki, Naxçıvan Muxtar Respublikası Voleybol
Federasiyasının iclası keçirilib. İclasın gündəliyində Naxçıvan Muxtar
Respublikası Voleybol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də
federasiyanın yeni sədrinin seçilməsi olub.

Toplantıda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Baş
Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin Naxçıvan Muxtar Respublikası Voleybol
Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul
olunub və Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının
sədri seçilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Voleybol
Federasiyasının sədri Mənşur Gülməmmədli idi.

Source link