22-24 may tarixlərində Naxçıvanın bütün ərazisini əhatə edən fotolardan ibarət sərgi keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu – “Qalereya-1969”da keçiriləcək sərgidə tanınmış fotoqraf Hüseyn Bağırovun fotoları təqdim olunacaq.
“Mynakhchivan” adlanan fotosərgidə Naxçıvanın dörd fəslini xarakterizə edən videoçarxın təqdimatı baş tutacaq.
Qeyd edək ki, bütün çəkilişlər bir ay ərzində reallaşıb.