8ce70f3b-e0ea-465d-b1e6-a3b4cc170a98..jpg

Naxçıvana pənah gətirənlərin ağrılı həyat hekayəsi – VİDEO

Baxış sayı: 853 dəfə baxılıb.

Naxçıvana pənah gətirənlərin ağrılı həyat hekayəsi – VİDEO

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vaxtilə doğma
yurdlarından didərgin düşən soydaşlarımızın yenidən həmin ərazilərə qaydışına
xidmət edir.

Azərbaycan Televiziyasının “AZTV Xəbər” informasiya proqramında doğma
torpaqlarından didərgin olunaraq Naxçıvana pənah gətirmiş soydaşlarımızla bağlı
maraqlı reportaj hazırlayıb.

Reportajda Qoruqlar kəndindəki hasara alınmış kiçik bir qəbiristanlığın
girişinə vurulmuş lövhədəki yazılara işarə edilir. Lövhədə yazılıb:

“Ey yoldan ötənlər, bir anlıq ayaq saxlayın! Bu məzarlıqda yatanlar qaçqın
düşən insanlardır. Zəngəzur mahalının Qafan bölgəsinin Oxçu, Şabadin, Buğacıq,
Atqız, Pirdavdan kəndlərindəndirlər. 1918-ci ilin payızında Qapıcıqdan aşıb
gəliblər. İndiki gənclər, qan yaddaşınıza yazın bunları!”.

Süjetdə deportasiya qurbanları vaxtilə başına gətirilən müsibətləri
sənədlərlə, fotofaktlarla anladırlar.

Ətraflı reportajdan izləyə bilərsiniz:


Source link