90ee1771-26b7-4938-8213-b8fdacccdaec.jpg

Naxçıvanda əmək intizamını pozan müəllim vəzifəsindən azad olundu

Baxış sayı: 277 dəfə baxılıb.

Sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət
göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik
davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar Naxçıvan Muxtar
Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılıb.

Cixisyolu.com xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1
nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı
Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə
təmin olunub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək
intizamını pozaraq işə çıxmayıb, tədris başladıqdan sonra üzrlü səbəb olmadan
cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif
sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda,
müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı
kobud surətdə pozub.

Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etik davranış Qaydaları”nın
tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı
Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə
Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.

Eyni zamanda, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində
aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən
məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor
müavininə yazılı xəbərdarlıq elan edilib.

Source link