Naxçıvanda ən yaşlı seçicinin 104 yaşı var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasında ən yaşlı seçicinin 104 yaşı var.
APA-nın yerli bürosu xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar
prezident seçkisində muxtar respublika üzrə qeydə alınan ən yaşlı seçici
1920-ci il təvəllüdlü Şərəf Muxtar qızı Hüseynəliyevadır. O, 2 saylı
Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində səs verəcək.