Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
Naxçıvan Şəhər İdarəsinin işçiləri Naxçıvan Ali Məclisinin qarşısında etiraz
aksiyası keçiriblər.
Səbəbi isə idarə əməkdaşlarının maaşlarını ala bilməmələri olub.
Bildirilib ki, işçilər 10 aydan çoxdur ki, işə getsələr də, məvaciblərini ala
bilmirlər.
İşçilər vurğulayıblar ki, yaranan vəziyyət onlar üçün acınacaqlı hal alıb və
borclarını vermək imkanları yoxdur.
Naxçıvan şəhər idarəsindən qeyd olunub ki, onların özləri də uzun müddətdir
ki, maaş ala bilmirlər.
Daha ətraflı APA TV-nin süjetində: