7028f587-0dbb-472a-8857-ec21ce9273ce..jpg

Naxçıvanda 22 radiator oğurlanıb

Baxış sayı: 695 dəfə baxılıb.

Naxçıvanda 22 radiator oğurlanıb

Naxçıvan şəhəri ərazisində yerləşən, fəaliyyəti dayandırılmış inzibati
binaların birindən 22 ədəd radiatorun oğurlanması barədə polisə məlumat daxil
olub.

DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Naxçıvan ŞPİ 1-ci Polis
Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq
əməlində şübhəli bilinən şəhər sakinləri Mövsüm Nağıyev, Ata Rzayev, İsa
Bəndəliyev və Arzu Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link