7ab00944-2da6-46d6-9609-e49a283885e3..jpg

Naxçıvanda 621 min manatlıq kibercinayət edənlər saxlanılıblar – FOTO

Baxış sayı: 658 dəfə baxılıb.

Naxçıvanda 621 min manatlıq kibercinayət edənlər saxlanılıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar
nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıblar.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları
aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Belə ki, Babək rayon sakinləri Mircoşqun Məhərrəm oğlu Seyidov və Hikmət
Məhərrəm oğlu Edilxanov 10-na yaxın universitet tələbəsini aldadaraq onların
hər birinin adına bir mobil nömrə və beş bank kartı rəsmiləşdiriblər. Sonra
həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet
şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlarda dövriyyə 621 min manat
olub.

Eyni zamanda, Nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayətlər üzrə
mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat
nəticəsində Naxçıvan şəhər sakini İlqar İslam oğlu Səfərov saxlanılıb. O,
sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları
aldadaraq 22 min manatı mənimsəyib.

Faktla bağlı araşdırmalar davam edir.

Source link