825e716d-6601-4916-8898-590e542a8aa2..jpg

Naxçıvanda 95 milyon manat vəsaitin istifadəsində nöqsanlara yol verilib

Baxış sayı: 572 dəfə baxılıb.

Naxçıvanda 95 milyon manat vəsaitin istifadəsində nöqsanlara yol verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən
2023-cü il üçün təsdiq olunmuş İş planına uyğun olaraq il ərzində 6 uyğunluq
auditi keçirilib və rəsmiləşdirilib.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
“Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında
hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya
verilməsi məqsədilə ayrılmış vəsaitin 8,5 milyon manatı qeyri-qanuni və əsassız
xərclənməsi halları müəyyən edilib.

Bununla yanaşı, 94,5 milyon manat məbləğində vəsait üzrə bir sıra nöqsanlara
yol verilib. Belə ki, əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılıb, o
cümlədən pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına ödənilib, vəsaitlər
müqavilə şərtlərindən artıq ödənilib, vəsaitlər normativlərə istinad edilmədən
sərf olunub, yanacaq xərcləri əsassız silinib, riskli vergi ödəyiciləri ilə
əməliyyatlar aparılıb və enerji itkilərinə yol verilib.

Source link