1487bc94-70e7-420c-991e-59ac354e45ab..jpg

Naxçıvanda avtomobil yaşayış binasına çırpıldı – FOTO

Baxış sayı: 687 dəfə baxılıb.

Naxçıvanda avtomobil yaşayış binasına çırpıldı – FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən 71-BD-440 dövlət nömrə nişanlı “Mercedes-Benz”
markalı avtomobil yoldan çıxaraq, səkiyə dəyib.

Nəticədə 2004-cü il təvəllüdlü şəhər sakini Hacıyev Altay Pərviz oğlunun idarə
etdiyi avtomobil yaşayış binasına dəyərək dayanıb.

Hadisə nəticəsində, avtomobil tam yararsız vəziyyətə düşüb, sürücüsü isə
xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə
yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Source link