b6399fe1-9d82-42f4-9169-e40387e1cb62.jpg

Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Baxış sayı: 167 dəfə baxılıb.

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Report” xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə
alınıb.

Məlumata görə, Nurəddin Əli oğlu Əzimovun idarə etdiyi 67-BB-955 dövlət nömrə
nişanlı “Ford” markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Fatma Kazım
qızı Həşimovanı vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa
da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Source link