88332a38-77b0-428c-84c9-89a6cc064756..jpg

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı ARTIRILDI

Baxış sayı: 836 dəfə baxılıb.

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı ARTIRILDI

Naxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb, ştat cədvəlləri yenilənib.

Bu, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarında
əksini tapıb.

Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli Qərarı ilə “Dövlət
büdcəsindən maliyyələşən və bir sıra təşkilatların işçilərinin aylıq vəzifə
maaşları sxemləri təsdiq edilib. Adıçəkilən Qərara görə Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Maliyyə
Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin, Naxçıvan Muxtar Respublikası
Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin, “Naxçıvan
Muxtar Respublikasının dövlət arxivi və rayon (şəhər) dövlət arxivlərinin,
“Naxçıvan Dövlət Film Fondunun, “Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyinin” əməkdaşlarının, “İcra hakimiyyəti
orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin” əmək haqları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 yanvar tarixli
Qərarına uyğun olaraq artırılıb.

Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika
Rəsədxanası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə
verildiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18
yanvar tarixli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəlləri və
strukturu yenidən təsdiq edilib.

Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 19 yanvar tarixli Qərarı ilə “Rayon
(şəhər) qəzetlərinin ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Qərarında
dəyişiklik edilib. Dəyişikliyə görə bundan sonra şəhər və rayon icra
hakimiyyəti orqanı olan qəzetlərin ştat cədvəlləri Naxçıvan şəhər və rayon icra
hakimiyyətləri tərəfindən təsdiqlənəcək. Nazirlər Kabinetinin 2023-cü il 23
yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi
haqqında” və “Xüsusi qaydada fəaliyyət göstərən notariat ofisləri işçilərinin
əmək haqlarının müəyyən edilməsi barədə” qərarlarında
dəyişiklik edilərək, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin
ştat cədvəli və işçilərin aylıq vəzifə maaşlarının müəyyən edilməsi Naxçıvan
Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla müvafiq qurumlar
tərəfindən həyata keçiriləcək.

Source link