45b05b08-0f5f-4949-8a19-6befe140a1a6..jpg

Naxçıvanda bu il istehlakçılara 374 min manat ƏDV məbləği geri qaytarılıb

Baxış sayı: 418 dəfə baxılıb.

Naxçıvanda bu il istehlakçılara 374 min manat ƏDV məbləği geri qaytarılıb

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında (NMR) yeni nəsil
nəzarət-kassa aparatlarının sayı 1 896 ədəd, yanvar-iyul aylarında onlarla
qeydə alınan dövriyyə isə 101,3 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yeddi ayda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara
373,8 min manat, təkcə iyul ayında isə 83,7 min manatdan artıq ƏDV məbləği geri
qaytarılıb.

Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ dörd
dəfə çox olub.

Source link