dda0fcbd-5ca3-4f6d-bba6-1ab103d532de..jpg

Naxçıvanda çətənə bitkiləri yetişdirən şəxs ələ keçdi – FOTO/VİDEO

Baxış sayı: 412 dəfə baxılıb.

Naxçıvanda çətənə bitkiləri yetişdirən şəxs ələ keçdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan polisi tərəfindən keçirilən “Xaş-xaş 2024” şərti adlı kompleks
əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin
kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri
yetişdirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş
1963-cü il təvəllüdlü Rafiq Quliyev saxlanılıb.

Naxçıvan şəhəri ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı
sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd
çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.


Source link