eea2dcdc-06b8-401e-a4e1-c3994f31fd23..jpg

Naxçıvanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Baxış sayı: 870 dəfə baxılıb.

Naxçıvanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına
başlanılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il noyabrın
26-da imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına
başlanılıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə,
Sərəncama uyğun olaraq 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də
daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı
35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi
hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ
olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş
Azərbaycan Respublikası vətəndaşları müəyyən edilmiş qrafik əsasında xidmət
yerlərinə göndərilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən
çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək
davam edəcək.

Source link