3fdec790-837d-4370-8f64-0a16a8401176..jpg

Naxçıvanda epidemioloji durum açıqlanıb

Baxış sayı: 507 dəfə baxılıb.

Naxçıvanda epidemioloji durum açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəstəxanalardan daxil olan gündəlik rəqəmlərə istinadən demək olar ki,
Naxçıvanda epidemioloji durumda mövsüm normalarından kənar yoluxma halı qeydə
alınmayıb”.

Cixisyolu.com-ın Naxçıvana ezam olunan əməldaşının verdiyi məlumata görə, bu
fikirləri Naxçıvan Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən
Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Naxçıvanda insanlar arasında hər il qeydə alınan
rəqəmlərə uyğun xəstəliklər müşahidə olunur:

“Xəstəliklər üzrə tibb müəssisələrinə müraciət növlərinə gəlincə, qeyd edim
ki, endemik xəstəlik halı mövcud deyil. Sadəcə Naxçıvanda iqlimlə əlaqəli
müəyyən müraciət sayında artım ola bilər. Bu da müəyyən olunan normadan kənara
çıxmır”.

S.Sadıxov onu da əlavə edib ki, Naxçıvanda daha çox göz xəstəliklərindən
keratokonus, eləcə də qalxanvarivəzin xəstəlikləri nisbətən üstünlük təşkil
edir.

Könül Cəfərli

Source link