Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Mətbuat XidmətindənCixisyolu.com-a verilən məlumata görə, Şərur rayonunda
erkən nikaha cəhd edilib.
Belə ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini, 2 avqust 2007-ci il
təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel
1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad
şərtidir) ilə 2024-cü il 11-13 oktyabr tarixlərində toy mərasimlərinin
keçiriləcəyi məlumatı əldə edilib.
Həmin məlumat əsasında 2024-cü il oktyabrın 7-də Naxçıvan MR Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra
Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının
Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq
üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerində araşdırılıb və
tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını
pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, bundan öncə Şərur rayon Xələc kəndində analoji hal
yaşanmışdı.