9e1d98e7-68c0-40bc-8a52-8b1a9ae4ac73..jpg

Naxçıvanda evə basqın: Qadını evinin həyətində döyüb…

Baxış sayı: 922 dəfə baxılıb.

Naxçıvanda evə basqın: Qadını evinin həyətində döyüb…

Naxçıvanda qadın ölümlə hədələnib.

Lent.az xəbər verir ki, hadisə muxtar respublikanın Babək rayonunun Vayxır
kəndində qeydə alınıb. İki naməlum şəxs 29 yaşlı Qaratel Oqtay qızı Abbasovanın
yaşadığı evə basqın ediblər.

Onlar qadını evinin həyətində döyüblər. Həmin şəxslər daha sonra onu bıçaqla
öldürəcəkləri ilə hədələyiblər.

Zərərçəkmiş bununla bağlı polisə müraciət edib.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırma aparılır.

Source link