3133eacc-ba45-4895-9ab0-687b1cd2e1b5..jpg

Naxçıvanda “Heydər Əliyev ili”nə töhfə olaraq növbəti ağacəkmə aksiyası keçirilib – FOTO

Baxış sayı: 395 dəfə baxılıb.

Naxçıvanda “Heydər Əliyev ili”nə töhfə olaraq növbəti ağacəkmə aksiyası
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı, Babək rayon İcra Hakimiyyəti və Naxçıvan Televiziyası
əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-Kəhf ziyarətgahına
gedən yolun ətrafında növbəti dəfə ağac əkilib.

Nazirlikdən verilən məlumata görə, keçirilən aksiya zamanı ərazidə iqlim
şəraitinə uyğun 700 badam ağacı əkilib, yaşıllıq zolağı salınıb.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz
xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini
davam etdirməkdir.

Source link