1c561666-beeb-4963-baae-889cb0fbc3d8..jpg

Naxçıvanda itkin düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara müraciət olundu

Baxış sayı: 786 dəfə baxılıb.

Naxçıvanda itkin düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara müraciət
olundu

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava
şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və
2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və
araşdırma işləri davam etdirilir.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası məlumat yayıb.

Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə
alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara
rəsmi müraciət olunub.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Source link