b8553a0a-f428-4372-b75d-58014dfa023d..jpg

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Baxış sayı: 678 dəfə baxılıb.

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Sentyabrın 1-dən 15-dək Naxçıvanda məktəbli yarmarkaları keçiriləcək.

Bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat
verilib.

Yarmarka Naxçıvan şəhəri Heydə Əliyev prospektindəki Kitab Evində, həmçinin
rayon mərkəzlərində hər gün saat 9:00-dan 14:00-dək olmaqla Naxçıvan Muxtar
Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti
orqanlarının birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri
və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

“Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün
yarmarkalara dəvət edirik”, – nazirlikdən bildirilib.

Source link