dc4b6d44-01bd-4f61-ace6-2fb0c5f76534..jpg

Naxçıvanda magistral su xəttində qəza baş verib – FOTO

Baxış sayı: 402 dəfə baxılıb.

Naxçıvanda magistral su xəttində qəza baş verib – FOTO

Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su
xəttində qəza baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin
keyfiyyətsiz olmasıdır.

Qəzaya görə 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək
təmir işlərinə başlayıblar.

Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.

Source link