f545ff37-4841-4364-84ee-ddcf0a995fee..jpg

Naxçıvanda maşın aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Baxış sayı: 425 dəfə baxılıb.

Naxçıvanda maşın aşıb, Türkiyə vətəndaşı xəsarət alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədən Naxçıvana gələn avtomobil aşıb, bir Türkiyə vətəndaşı xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sədərək rayonunda (Bayraq meydanı ətrafında) qeydə
alınıb.

Türkiyədən Naxçıvana, ordan isə Gəncədə təhsil alan övladını görməyə gedən
ailə qəzaya uğrayıb.

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü, Türkiyə vətəndaşı Temra Süleyman
qızı Karadeniz xəsarət alıb.

Hər iki ayağının topuqları və mil sümüyü qırılan T.Karadeniz Naxçıvan Muxtar
Republika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti
orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Source link