0279b2fe-7a2c-4957-89a6-6e1807cc3be5..jpg

Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği ARTIRILDI

Baxış sayı: 740 dəfə baxılıb.

Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği ARTIRILDI

Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər
vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb

“Report” xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən
17,5 faizə qaldırılıb.

Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından
pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa
aparatlarının quraşdırılması ilə paralel olaraq, alınmış mallara görə ödənilən
ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanılıb.

Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və
kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması
üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının
alışı zamanı ödənilən ƏDV, həmçinin 2022-ci il oktyabrın 1-dən etibarən isə
istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına
münasibətdə ƏDV geri qaytarılmır.

Source link