7068666f-a26d-4974-8e5c-1512d792bcb1..jpg

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb

Baxış sayı: 470 dəfə baxılıb.

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin
təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
verilən məlumata görə, polis əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində
hərəkətdə olan “Ravon” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını
pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra
sürücü Həsən Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr
yarandığından müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin
nəticəsinə əsasən, narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və
hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Source link