Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə
cəlb ediliblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvanda polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin,
pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər
davam etdirilir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər nəticəsində
pirotexniki vasitələrin satışı ilə məşğul olan Məmmədəli İbrahimli, Sedat
Ağazadə, Tural Allahverdi, Elnur Hüseynli, Cəmşid Məmmədov, Xaliq Musayev,
Həsənalı Məmmədov saxlanılıblar və onlardan 35 000 ədəd müxtəlif növ
pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya
satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan
olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək
baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilib.
Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən olunması
istiqamətində araşdırmalar davam etdirilir.