Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi
yardım ödəniləcək.
Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər
müvafiq şəxslərin bank hesablarına köçürüləcək.