40b29805-5fd0-400e-be9f-e023c3d3ccba..jpg

Naxçıvanda qeydiyyata alınan seçicilərin sayı AÇIQLANDI – FOTO

Baxış sayı: 471 dəfə baxılıb.

Naxçıvanda qeydiyyata alınan seçicilərin sayı AÇIQLANDI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda 278 mindən çox seçici qeydiyyata alınıb.

“Report” xəbər verir ki, muxtar respublikada seçkiqabağı hazırlıq işləri
yekunlaşıb. Məntəqələrin hər birində bütün lazımi hazırlıq işləri başa
çatdırılıb.

Naxçıvan Muxtar Respublikasında ümumilikdə altı Dairə Seçki Komissiyası üzrə
310 seçki məntəqəsi mövcuddur. Onlardan 16-sı qapalı məntəqə kimi fəaliyyət
göstərəcək. Bütün seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf
şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb.
Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə
seçki prosesini canlı izləmək mümkündür.

Muxtar respublikada 17 500-dən artıq sakin ilk dəfə səsvermə hüququndan
istifadə edəcək.

Source link