e06dd146-767e-43bb-8442-85546b56d6fb..jpg

Naxçıvanda REYD: Narkotacirlər saxlanıldılar – VİDEO

Baxış sayı: 316 dəfə baxılıb.

Naxçıvanda REYD: Narkotacirlər saxlanıldılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin
qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək
məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən
məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini 1977-ci il təvəllüdlü Şahin
Əliyev, Şərur rayon sakini 1996-ci il təvəllüdlü Nurel İbrahimov müəyyən
edilərək saxlanılıblar.

Şahin Əliyevin evinə baxış zamanı narkotik və psixotrop maddə olan
metamfetamin həmçinin 20 ədəd satışı qadağan olunan “Preqabalin” həbləri aşkar
olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq
istintaqı aparılır.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Source link