a023db9e-4a9a-4e04-9a70-73c42768b01b..jpg

Naxçıvanda sahibkarlara dəstək müzakirə edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 749 dəfə baxılıb.

Naxçıvanda sahibkarlara dəstək müzakirə edilib – YENİLƏNİB + FOTO

Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə
edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında
yazıb.

O vurğulayıb ki, həmkarları ilə birlikdə tarixi diyarımız olan Naxçıvanda
səfərdədirlər:

“Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes
mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi
bölüşdük”.

Həmkarlarla birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdəyik. Azərbaycan
Respublikası Prezidentinin#Naxçıvan

Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə
regionun iqtisadi potensialı
1/2
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 7, 2023

09:32

İqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gedib.

APA xəbər verir ki, nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində
sahibkarlarla görüş keçirəcək.

Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı
istiqamətində görüləcək işlər müzakirə olunacaq.

Source link