07498fa8-0083-4965-ab3d-185377b81f63..jpg

Naxçıvanda sahibkarlığın inkişafına maliyyə dəstəyi artırılacaq

Baxış sayı: 596 dəfə baxılıb.

Naxçıvanda sahibkarlığın inkişafına maliyyə dəstəyi artırılacaq

Naxçıvanda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin
işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq ki,
bu da investorların cəlbinə münbit şərait yaradacaq.

“Report” xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun
inkanlarından istifadə edilir. Fondun əsas fəaliyyət istiqaməti muxtar
respublikada sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil
banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsini təmin etmək, iş
adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Aygün Quliyeva
bildirib ki, 2022-ci ildə fondun investisiya xərclərinin cəmi 141 layihə üzrə 7
milyon 184 min 600 manat təşkil edib ki, bu vəsaitin 7 milyon 174 min 600
manatı 140 yeni layihənin maliyələşdirilməsinə yönəldilib. Bundan sənaye
yönümlü 20 layihənin maliyələşdirilməsinə 4 milyon 993 min manat, xidmət sahəsi
yönümlü 6 layihənin maliyələşdirilməsinə 296 min manat, kənd təsərrüfatı
yönümlü 115 layihənin maliyələşdirilməsinə 1 milyon 895 min 600 manat həcmində
güzəştli kredit vəsaiti ayrılmışdır.

Qeyd edək ki, fond tərəfindən yeni ailə təsərrüfatlarının yaradılmasına
dəstək, onların fəaliyyətinin stimullaşdırılması və istehsal sahələrinin
genişləndirilməsi məqsədilə daha geniş imkanlar yaradılacaq. Bu da muxtar
respublikaya sahibkarların daha çox maraq göstərməsinə, investorların cəlbinə
geniş şərait yaradacaq.

Ötən il fond tərəfindən 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat
maliyyə dəstəyi göstərilib. Bu dövrdə sahibkarlara 7 milyon 184 min 600 manat
güzəştli kredit verilib. İl ərzində verilmiş kreditlərin iqtisadi səmərəliliyi
araşdırılıb, monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında
geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılır. Bu ildən isə
iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması
planlaşdırılır.

Source link