Naxçıvanda seçkilərə hazırlıq işləri davam etdirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin bütün
ərazilərini əhatə edəcək.
“Report” xəbər verir ki, Naxçıvanda fevralın yeddisinə təyin edilmiş
növbədənkənar prezident seçkilərinə hazırlıq işləri davam etdirilir.
Seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs
vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə
müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini
canlı izləmək mümkündür.
4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Çingiz Həsənli jurnalistlərə
müsahibəsində qeyd edib ki, hal-hazırda Naxçıvan şəhərində 42 məntəqə fəaliyyət
göstərir. Və bu məntəqələrdə daimi seçici siyahısının sayı 45 min 945 nəfərdir.
Şəffaflığın təmin edilməsi məqsədilə seçki dairəsinin ərazisində əlavə olaraq 4
veb kamera quraşdırılıb.
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində də hazırlıq işləri yekunlaşmaq
üzrədir.
Babək-Şahbuz-Kəngərli seçki dairəsinin sədri Daməddin Hüseynov bildirib ki, 60
seçki məntəqəsindən 29 seçki məntəqəsi Babək rayonunun ərazisində, 21 seçki
məntəqəsi Şahbuz rayonunun ərazisində, altı seçki məntəqəsi isə Kəngərli
rayonunun ərazisində yerləşir. Ümumilikdə seçki məntəqələri üzrə 360 seçki
məntəqəsi üzvü var ki, bunlar təkminləşmə dövründə müxtəlif partiyaları,
birtərəf partiyaları təmsil edirlər. Seçici siyahlarının dəqiqləşdirilməsi ilə
əlaqədar olaraq bu gün seçicilərin siyahısı dairə üzrə 45 min 940 nəfər qeydə
alınıb.
Qeyd edək ki, seçki Məcəlləsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə
əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan
çıxma vəsiqələrinin verilməsi prosesi sabah başa çatır. Səsvermə vəsiqələri
səsvermə gününə 45-25 gün qalanadək Mərkəzi Seçki Komissiyasından dairə seçki
komissiyalarına verilir. Yəni, bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il
yanvarın 13-dək olan dövrü əhatə edir. Dairə seçki komissiyalarından məntəqə
seçki komissiyalarına səsvermə vəsiqələri isə səsvermə gününə 25-3 gün
qalanadək verilir. Bu müddət isə 2024-cü il yanvarın 14-dən fevralın dördünədək
olan dövrü əhatə edir.