4dcaf191-5f78-44e9-9258-7dee8f054a22..jpg

Naxçıvanda təhsil, səhiyyə və sosial müdafiə sahələrinə ayrılan məbləğ AÇIQLANDI

Baxış sayı: 1. 120 dəfə baxılıb.

Naxçıvanda təhsil, səhiyyə və sosial müdafiə sahələrinə ayrılan məbləğ
AÇIQLANDI

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu
sessiyasının gündəliyində əsas məsələlərdən biri də Naxçıvan Muxtar
Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi olub.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsində
təhsil sahəsinə 173 133 731,0 manat, səhiyyə sahəsinə 14 465 850,0 manat,
sosial müdafiə və sosial təminat üçün isə 60 918 987,0 manat ayrılması nəzərdə
tutularaq təsdiq olunub.

Qeyd edək ki, qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi
haqqında Naxçıvan Muxtar Respublikasının Qanununa görə muxtar respublikanın
cari il üçün büdcə gəlirləri 132 222 000,0 manat, xərcləri 614 652 500,0 manat
təsdiq edilib. Gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya isə 482 430
500,0, o cümlədən mərkəzləşdirilmiş gəlirləri 80 497 000,0 manat, yerli
gəlirləri 51 725 000,0 manat, mərkəzləşdirilmiş xərcləri 558 315 500,0 manat,
yerli xərcləri isə 56 337 000,0 manat təşkil edib.

Source link