d06e0e16-1e31-47ac-899c-5017a0110af2..jpg

Naxçıvanda tarixi-memarlıq abidələrinin qorunması məsələləri müzakirə edilib

Baxış sayı: 539 dəfə baxılıb.

Naxçıvanda tarixi-memarlıq abidələrinin qorunması məsələləri müzakirə edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda səfərdə olan Azərbaycan mədəniyyət naziri
Adil Kərimli ilə görüşüb.

Cixisyolu.com xəbər verir ki, görüşdə muxtar respublika ərazisində tarixi-memarlıq
abidələrinin qorunması ilə bağlı səylərin birləşdirilməsi, abidələrin
bərpasında ümumi tender prosedurlarında iştirak edəcək şirkətlərin siyahısının
hazırlanması məsələləri müzakirə olunub.

Qeyd olunub ki, tarixi abidələrin bərpası istiqamətində iştirak edəcək
şirkətlərin siyahsının müəyyənləşdirilməsi bərpa işlərinə təsadüfi,
qeyri-peşəkar şirkətlərin cəlb olunmasının qarşısını alacaq. Beləliklə,
abidələrin bu istiqamətdə təcrübəli olan şirkətlər tərəfindən daha etibarlı və
uyğun şəkildə bərpa olunması təmin ediləcək.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci
illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində yaradılması
nəzərdə tutulan “Naxçıvanın yeddi incisi” turizm kompleksi, Ordubad rayonu
əraizisindəki Xarabagilanın bərpası və Ordubadın tarixi abidələri ilə bağlı
məsələlər müzakirə olunub.

Source link