a2be0a23-5cdf-4290-ae7e-226e39dd8949..jpg

Naxçıvanda üç şəhərin Baş planları hazırlanır

Baxış sayı: 572 dəfə baxılıb.

Naxçıvanda üç şəhərin Baş planları hazırlanır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci
illər üçün Dövlət Proqramı”nın icrası paytaxtımızın və bölgələrimizin simasını
dəyişəcək, inkişafına böyük stimul olacaq. Naxçıvanda inşa olunan binaların
funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan
qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin Baş Planı hazırlanır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadiqov jurnalistlərə
açıqlamasında bildirib.

O qeyd edib ki, Naxçıvan şəhərinin Baş Planı sonuncu dəfə ötən əsrin 80-ci
illərində hazırlanıb:

“Naxçıvan şəhərində ən vacib məsələlərdən biri olan topoqrafik sxemlərin
çəkilişi ilə bağlı ciddi bir iş aparılıb. Bu iş Xəritəçəkmə İnstitutu
tərəfindən həyata keçirilib və hazırda əlimizdə bu topoqrafik sxemlər
mövcuddur. Naxçıvan şəhərinin Baş Planının hazırlanması istiqamətində zəruri
addımlardan biri sosial mənzillərin inşasıdır. Dövlət proqramında əhalinin
mənzil alışının yaxşılaşdırılması məqsədilə yaşayış kompleksləri inşa olunacaq.
Bu məqsədlə şəhər ərazisində müvafiq torpaq sahələrinin ayrılmasına başlanılıb”.

İlqar Sadiqov əlavə edib ki, dövlət proqramının tələbinə uyğun olaraq, bu
məsələlərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əsas
icraçı olaraq bu funksiyanı yerinə yetirir. Həmin ərazilərə baxılaraq müsbət
nəticələr əldə edilib. Bu ərazilərdə qeyd edilən sosial mənzillərin tikintisi
ilə bağlı artıq qərar verilib.

“Digər önəmli məqam yeni səhiyyə ocaqlarının inşası ilə bağlıdır. Hazırkı
tələbat və əhalinin artım tempi nəzərə alınmaqla bir neçə innovativ və müasir
memarlıq üslubunda yeni səhiyyə ocaqlarının tikintisi planlaşdırılır. Naxçıvan
Muxtar Respublikasının Səhiyyə Nazirliyinin sifarişi ilə Ailə Sağlamlıq
Mərkəzi, Treninq və Simulyasiya Mərkəzinin tikintisi ilə bağlı ümumi konsepsiya
layihələri hazırdır. Layihələr məqbul hesab olunub. Onların seçilmiş əraziləri
də məqbul hesab edilib”, – İ.Sadiqov qeyd edib.

Komitə sədri vurğulayıb ki, sözügedən işlər təkcə Naxçıvan şəhəri ilə
məhdudlaşmır. Muxtar respublikanın turizm əhəmiyyətli Şahbuz və Ordubad
şəhərlərinin də Baş planları hazırlanır. Xüsusilə, qədim Ordubad şəhəri “bir
küçə, bir ölkə” prinsipi ilə qurulacaq və potensial turizm bölgəsinə çevriləcək.

Source link