Naxçıvanda vəzifəli şəxs işdən çıxarılıb, yerinə təyinat olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Faiq Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar
İbrahimov sərəncam imzalayıb.
Digər sərəncamla İbrahim Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti sədrinin müavini İbrahim Süleyman oğlu Məmmədova həvalə edilib.