ea75cf84-c893-4e65-a6ce-cafb8d3079eb..jpg

Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir

Baxış sayı: 786 dəfə baxılıb.

Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün
hazır vəziyyətdədir

“Naxçıvan Muxtar Respublikasının bütün xəstəxanaları Türkiyədə zərər çəkən
bacı-qardaşlarımızı qəbul etməyə hazırdır”.

Bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar
Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamada bildirib.

“Məsələ ilə bağlı əsas olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası və
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tam olaraq hazır
vəziyyətdədir”, – o qeyd edib.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan isə bildiriblər ki, məsələ ilə
bağlı məlumatları var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və
göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar
Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər
çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Ötən gün Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev türkiyəli
həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb
müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.

Source link